Yolların durumu haqda AÇIQLAMA

09:22 23 Fevral 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda şaxtalı hava şəraiti ilə bağlı səhər saatlarında maddi ziyanla nəticələnən yeddi yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, iki hadisə piyada vurma ilə nəticələnib.

"Havanın açıq və yağıntısız olmasına baxmayaraq, gecədən olan şaxta nəticəsində paytaxtın mərkəzi küçələrində, xüsusilə yeraltı tunellərdə, körpülərdə, hündür ərazilərdə, enişli-yoxuşlu eləcə də sərt döngələrdə sürüşmə ehtimalı var. Hal-hazırda Bakı Şəhəri İcra Hakimiyyətinin, eləcədə "Azəryolservis"in aidiyyəti qurumları qumun səpilməsi və yolun təmizlənməsi işini davam etdirir. Bakı Şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejimində xidmətini davan edir".

Vəziyyətlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tövsiyə edir ki, avtomobillərdən istifadə edilməsin.

V.Əsədov qeyd etdi ki, xüsusilə körpülərdə, tunellərin üstündə avtomobillər qalıb ki, bu da sürücü peşəkarlığın aşağı olmasından xəbər verir.

"Yol və metereoloji şərait mütləq sürücülər tərəfindən nəzərə alınmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR