Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var
09:51 23 Fevral 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonu ərazisində, “Daewoo” markalı sərnişin avtobusu ilə “Vaz” markalı minik avtomobili toqquşub.

Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib.

Faktla bağlı əməliyyat saat 06:13-də başa çatmıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR