Narkotik əkdiyi bəs deyildi, silah da gizlədib

Narkotik əkdiyi bəs deyildi, silah da gizlədib
10:12 23 Fevral 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Kanal S (Region TV) xəbər verir, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər.

Balakən RPŞ-yə daxil olan məlumat əsasında rayonun Gərəkli kənd sakini, 1958-ci il təvəllüdlü Nurəddin Mustafa oğlu Kiçiliyevin yaşadığı evdə və həyətyanı sahədə əməliyyat-axtarış tədbiri aparılıb. Tədbir nəticəsində Nurəddin Kiçiliyevin yaşadığı evin çardağından sintetik kisədə və şüşə bankada ümumi çəkisi 1 kq 500 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana  və  dibçək qabda  xüsusi kultivasiya üsulu ilə əkilmiş,  hündürlüyü  3 sm-dən 5 sm-ə qədər olan 20 ədəd narkotik bitki hesab olunan çətənə bitkisi  aşkarlanaraq götürülüb.

Əməliyyat tədbiri nəticəsində həmçinin 1 ədəd avtomat Kalaşnikov silahının boş darağı, 201 ədəd avtomat Kalaşnikov silahının 7,6 çaplı gülləsi və 54 ədəd TOZ-8 yivli silahının gülləsi aşkar edilərək götürülüb.  Aparılan istintaq əməliyyatı  zamanı məlum olub ki, Nurəddin Kiçiliyev Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Gərəkli kəndi yaxınlığından keçən meşə ərazisində ötən il aqrotexniki qaydada narkotik bitki hesab olunan çətənə bitkisi əkib və o, bu yolla narkotik vasitə olan qurudulmuş maruxuananı əldə edib. Çətənə bitkisi əkilən meşə ərazisində aparılan əməliyyat-axtarış zamanı isə Nurəddin Kiçiliyevin ərazidə gizlətdiyi, üzərində olan nömrəsi silinmiş TOZ-8 odlu silahı və nömrəsi T 43479 olan 12 çaplı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.  Götürülmüş vəsaitlər maddi sübut kimi  istintaqa  təhvil  verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/326080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR