Fransada yeni qarşıdurma

Fransada yeni qarşıdurma
10:16 23 Fevral 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada polis zorakılığına qarşı keçirilən etiraz aksiyaları sonda fəallarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalara çevrilib.

ANS PRESS-in məlumatına görə, Tuluza və Nant şəhərlərində yüzlərlə fəal bir müddət əvvəl keçirilən etiraz aksiyası zamanı Remi Fresin polis tərəfindən öldürülməsinə qarşı şüarlar səsləndiriblər.

Aksiya zamanı fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis isə, su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurmalar zamanı 3-ü polis olmaqla 13 nəfər xəsarət alıb. Polis zorakılıq törədən 25 nəfəri həbs edib.

Fəallar yüzlərlə mağaza və iş idarəsinin vitrinlərini qırıblar.

Remi Fres Tarn şəhərində bənd tikilməsinə qarşı keçirilən etiraz aksiyasında, iddialara görə, polisin atdığı qumbaradan ölmdüşdü.

Etirazçılar yeni çəkilən su bəndinin bölgəyə məxsus nadir endemik bitkilərə ziyan vuracaqlarını iddia edirlər.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR