Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb, 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib

10:23 23 Fevral 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 23 fevral, Elxan Yusifli, AzərTAc
Fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov AzərTAc-a müsahibəsində bildirib ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 28 metrə çatır.
Aydəmir Manafov qeyd edib ki, işçi briqadaları gecə saatlarından yolun qardan təmizlənməsi üçün fəaliyyətə başlayıb. Hazırda yolun rayon mərkəzindən uçqunun qeydə alındığı 35-ci kilometrliyədək hissəsi qardan təmizlənib və avtomobillərin hərəkəti təmin olunub.
Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_Xinaliq_yolu_qar_uchqunu_sebebinden_baglanib_6_kendle_neqliyyat_elaqesi_kesilib-834108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR