Aytən Səfərovadan Sevdaya: "Şirinliyi yoxdur"

Aytən Səfərovadan Sevdaya: "Şirinliyi yoxdur"
10:31 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Aparıcı Aytən Səfərova şou-biznes nümayəndələrinin ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, “A-dan Z-yə” verilişinə qonaq olan aparıcı müğənni Sevda Yahyayevanı bəyənmədiyini etiraf edib:

“Yekəxana deyiləm, istəmədiyim insanın adını açıq deyirəm. İndi şou-biznesdəkilər bir-birini görəndə canım deyirlər, kənarda arxalarınca danışırlar. Belə hərəkəti xoşlamıram. Çox az dostum var. Evdə mənə “nemes” deyirlər. Bu az dostlar arasında Rəhim Rəhimli də yer alır. Fərqlidir, yalnız kostyumla efirə, səhnəyə çıxanlardan deyil. Məsələn, mənə elə gəlir ki, Elton Hüseynəliyev gecə də kostyumla yatır. Sevda Yahyayeva yaxşı müğənnidir, amma şirinliyi yoxdur. Demirəm ki, pis insandır... Amma mənimki onunla tutmur. Bir dəfə salonda qarşılaşdıq, parik taxdı, getdi. Səhəri baxıram ki, efirdə deyir, saçlarıma belə qulluq edirəm. Şoka düşdüm, insanları aldatmaq olmaz”.

A.Səfərova müğənni Səidə Sultanla qalmaqalından da danışıb:

“Səidə Sultanla bir qalmaqal yaşadım. Sonra onunla ünsiyyətdə oldum, necə gözəl insandır. Həqiqətən utandım”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR