Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək

10:32 23 Fevral 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 10:29 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 27-də saat 11:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 26-sı saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR