Məşhur müğənnidən Özgecanın ailəsinə jest - FOTO

Məşhur müğənnidən Özgecanın ailəsinə jest - FOTO
10:32 23 Fevral 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

Gülben Ergen Özgecan Aslanın adını daşıyacaq uşaq bağçası açacaq
Türkiyənin tanınmış müğənnisi, son vaxtlar adı qalmaqallarla hallanan Gülben Ergen Çelik kişi zorakılığının qurbanı olmuş tələbə Özgecan Aslanın adını özünə məxsus şəkildə əbədiləşdirəcək. Müğənni hadisənin baş verdiyi Mersin şəhərində Özgecan Aslanın adını daşıyacaq uşaq bağçası açacaq.

Anspress-in məlumata görə, Gülben Ergen bu barədə İnstagram səhifəsində açıqlama paylaşıb:

“26-cı Uşaq bağçamız “@cocuklargulsundiye” “#ÖzgecanAslanAnaokulu” üçün qollarımızı çirmələdik. Anası, hörmətli Songül xanımla görüşdüm. Göz yaşı qurumayan, ürəyi yanan ana: “Tarsusda yox, Mersində açın”, - dedi...”

Qeyd edək ki, Gülben Ergen “Uşaqlar gülsün deyə” dərnəyi ilə birlikdə Türkiyənin 25 şəhərində 25 uşaq bağçası açıb.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/326057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR