Türkiyəli müğənni Demet Akalın başında şiş tapılan qızı Hiranın müalicəsini davam etdirir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni xəstəliyi daşıyan körpələrə yardım etdiyini deyən ifaçı xeyirxahlığını qızına borclu olduğunu bildirib:
“Hiranın xəstəliyini öyrənəndə əsəb sarsıntısı keçirdim. Günlərlə ağladım. İndi isə həmin xəstəliyin daşıyıcıları olan uşaqlara kömək edirəm. Bu qədər kövrək qəlbim olduğunu bilmirdim. Qızım məni yaxşı insan etdi”.