"Neftçi" - "Qarabağ" oyunundakı olaylara görə cinayət işi açıldı

10:39 23 Fevral 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçi" - "Qarabağ" oyununda  baş verən insidentlə bağlı cinayət işi açılıb.

 

Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, fevralın 19-da “Bakcell Arena” stadionunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hər iki klubun azarkeşləri arasında baş verən insidentlər bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə  əməl Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə ) maddəsinə tövsif olunub.

 

Hazırda  Bakı  Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq aparılır.

 

Qeyd edək ki, oyun 1:0 hesabı ilə "Qarabağ" komandasının qələbəsi ilə bitib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR