TQDK-dan nazirliklərə TƏŞƏKKÜR

TQDK-dan nazirliklərə TƏŞƏKKÜR
10:39 23 Fevral 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib. Lent.az-ın məlumatına görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılmışdır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.
Bütün binalarda imtahan təlimata uyğun olaraq keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin ediblər. Daxili İşlər Nazirliyinin, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, eləcə də Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının peşəkarlığı çətin hava şəraitində imtahan prosesinin tələb olunan səviyyədə keçirilməsində mühüm rol oynayıb.
Qeyd edək ki, fevralın 23-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanacaq. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR