"Neftçi" - "Qarabağ" oyununda baş verən insidentlə bağlı cinayət işi başlanıb

10:42 23 Fevral 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 10:36 ]


 

Bakı. Fuad Cəfərov – APA. "Neftçi" - "Qarabağ" oyununda  baş verən insidentlə bağlı cinayət işi açılıb.

 

Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, fevralın 19-da “Bakcell Arena” stadionunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hər iki klubun azarkeşləri arasında baş verən insidentlə bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə  əməl Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə ) maddəsinə tövsif olunub.

 

Hazırda  Bakı  Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq aparılır.

 

Qeyd edək ki, oyun 1:0 hesabı ilə "Qarabağ" komandasının qələbəsi ilə bitib.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR