Azərbaycanın Litvadakı səfiri bu ölkənin ədliyyə naziri ilə görüşüb

Azərbaycanın Litvadakı səfiri bu ölkənin ədliyyə naziri ilə görüşüb
10:52 23 Fevral 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 10:45 ]


Bakı - APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin ədliyyə naziri Yozas Bernatonis ilə görüşüb.

 

Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda, o cümlədən iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın mühüm tərəfdaşlardan biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə ədliyyə sahəsində aparılan genişmiqyaslı islahatlar barədə Y.Bernatonisi məlumatlandırıb.

 

Görüş zamanı səfir Ermənistan-Azərbaycan münaqişəsindən söz açaraq, münaqişənin həlli istiqamətində Azərbaycanın konstruktiv mövqeyi, həmçinin Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq nümayiş etdirdiyi işğalçı siyasəti ilə bağlı məlumat verdikdən sonra ədliyyə naziri Y.Bernatonis ilə regionda cərəyan edən hadisələrə dair fikir mübadiləsi aparıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR