Azərbaycanda hansı bölgələrdə yollarda problem var?

Azərbaycanda hansı bölgələrdə yollarda problem var?
10:53 23 Fevral 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda müşahidə olunan qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar bəzi bölgələrdəki yollarda müəyyən problemlər yaransa da, onlar aradan qaldırılır. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi qeyd edib ki, hazırda yalnız Xaçmaz, Quba, Xızı və Siyəzən rayonları ərazisində yollarda qar və buz var. Amma görülən tədbirlər nəticəsində yollarda avtomobillər hərəkət edir, dayanmır.

Bununla belə, K.Əliyevin sözlərinə görə, ümumən ölkə üzrə yollarda hərəkət normaldır, heç bir ciddi problem yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2367037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR