x
Loading...
.

Nüvə danışıqları nəticəsiz bitti

Nüvə danışıqları nəticəsiz bitti
11:01 23 Fevral 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+
.

ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif Tehranın mübahisəli nüvə proqramına dair iki saat danışıq aparıblar.

ANS PRESS-in məlumatına görə, danışıqlar ötən gün Cenevrədə keçirilib. ABŞ-ın enerji məsələləri üzrə katibi Ernest Moniz və İranın nüvə üzrə nümayəndəsi Əli Əkbər Salehi də görüşdə iştirak ediblər.

Onlar təkbətək və geniş tərkibdə görüşlərdə İranın nüvə proqramını məhdudlaşdırmağın texniki detallarını müzakirə ediblər.

C.Zərif İranın rəsmi mətbuat orqanlarına deyib ki, ikitərəfli danışıqlar yaxşı müzakirələr yaratsa da, razılaşma əldə olunmayıb və bəzi fikir ayrılıqları qalıb.

Xatırladaq ki, tərəflər mart ayınadək çərçivə razılaşması əldə etməlidirlər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR