Ötən ay Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi artıb

Ötən ay Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi artıb
11:06 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 617 min manat olub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat Naxçıvan MR-in 2015-ci ilin yanvar ayı üzrə sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
 
 
Hesabatda deyilir ki, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 4,1 faiz çoxdur.
 
 
Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2 milyon 847 min manat olmaqla bir il öncəki göstəricini 0,7 faiz üstələyib.
 
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35475-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR