Mərkəzi Bankdan dolların məzənnəsi barədə AÇIQLAMA

Mərkəzi Bankdan dolların məzənnəsi barədə AÇIQLAMA
11:09 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 24-dək, yəni bu günün sonuna qədər 1,05 manat səviyyəsində qalacaq.

Bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq”, - deyə AMB rəsmisi bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB tərəfindən göndərilən məktub yayılıb.

Fevralın 22-si AMB-nin sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubun mətnində deyilir: "21 fevral 2015-ci il tarixində dərc olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni" 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/326094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR