Mərkəzi Bank açıqlama yaydı: "Bu günün sonuna qədər..."

Mərkəzi Bank açıqlama yaydı: "Bu günün sonuna qədər..."
11:11 23 Fevral 2015
970 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 24-dək, yəni bu günün sonuna qədər 1,05 manat səviyyəsində qalacaq.

Axşam.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
 
“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq”, - deyə AMB rəsmisi bildirib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB tərəfindən göndərilən məktub yayılıb.
 
Fevralın 22-si AMB-nin sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubun mətnində deyilir:

"21 fevral 2015-ci il tarixində dərc olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni" 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR