İkiqat çempionun qəzası: vəziyyət kritikdir - VİDEO - FOTO

İkiqat çempionun qəzası: vəziyyət kritikdir - VİDEO - FOTO
11:12 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Beynəlxalq "Formula-1" avtoçempionatındakı "McLaren-Honda" komandasının əsas pilotu Fernando Alonso İspaniyanın Barselona şəhərindəki "Circuit de Catalunya" avtodromundakı test yürüşündə ağır qəzaya uğrayıb.
 
O, bolidin idarəetməsinin öhdəsindən gələ bilməyib və 240 km/saat sürətlə hərəkət edən bolid trasın kənarındakı səddə dəyib.
 
Milli.Az Sport.es-ə istinadən bildirir ki, hospitala aparılmış Fernando Alonsonun vəziyyəti kritikdir.
 
İkiqat dünya çempionu, 33 yaşlı Alonso ötən mövsümün sonunda "Ferrari" komandasını tərk edərək "McLaren"ə keçmişdi.
 
"McLaren-Honda" komandasının mətbuat meneceri Kristian Boylerin dediyinə görə, F.Alonsonun vəziyyəti səhər saatlarından etibarən yaxşılaşmağa başlayıb.
 
Milli.Az
 
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/326055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR