Yarasalar korların "gözünü açır"

Yarasalar korların "gözünü açır"
22:47 2 Yanvar 2015
141 Sosial
Ölkə mətbuatı
A- A+

Eriott-Vatt Universitetinin əməkdaşı Devid Bakinqem sübut edib ki, exolokasiyadan istifadə edən insanlar əşyaların qabariti barədə aktual informasiya almağa qadirdirlər.

Prinsipcə, görmədən məhrum olan bəzi insanlar ətraf mühiti qavramaq üçün exolokasiyadan istifadə edirlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunun üçün onlar çırtıq çalır, yaxıd dillərini nırçıldadırlar. Alınan səslər xarakteristikasından asılı olaraq obyektlərdən xüsusi tərzdə əks olunur.

Təcrübədə 3 qrup insan iştirak edib - exolokasiyadan istifadə edən korlar, bu metoddan istifadə etməyən korlar və görmə qabiliyyəti olanlar (kontrol qrup). İnsanlar çəkisi eyni, lakin ölçüləri fərqli olan 3 kubu dəyərləndirməli idilər.

Nəticədə ikinci qrup kubları daha doğru dəyərləndirib. Çünki buradakı adamlar onları əlləri ilə yoxlayıblar.
Kubların həcmi barədə onlar heç nə bilməyiblər.

Üçüncü qrup "ölçü-çəki illüziyası" effektindən istifadə edib. Bu qrupdakıların fikrincə, balaca klubların çəkisi daha ağır olub.

Eyni illüziya elə birinci qrupda da yaranıb. Yəni exolokasiya görmə - qiymətləndirmə vasitəsi olub. Məlumdur ki, exolokasiya beynin görmə ilə bağlı sahələrini hərəkətə gətirir. Bu səbəbdən metodun effektivliyi sübut olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR