Azərbaycan və Litva arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

11:18 23 Fevral 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend/

20 fevral tarixində səfir Həsən Məmmədzadə Litva Respublikasının ədliyyə naziri Yozas Bernatonis ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda, o cümlədən iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın mühüm tərəfdaşlardan biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə ədliyyə sahəsində aparılan genişmiqyaslı islahatlar barədə Y.Bernatonisi məlumatlandırıb.

Görüş zamanı səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, münaqişənin həlli istiqamətində Azərbaycanın konstruktiv mövqeyi, həmçinin Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq nümayiş etdirdiyi işğalçı siyasəti ilə bağlı məlumat verdikdən sonra ədliyyə naziri Y.Bernatonis ilə regionda cərəyan edən hadisələrə dair fikir mübadiləsi aparıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2367055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR