Bakı Ali Neft Məktəbində "Texniki yaradıcılığa maraq" sərgisi keçirilib

Bakı Ali Neft Məktəbində "Texniki yaradıcılığa maraq" sərgisi keçirilib
11:19 23 Fevral 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində şagirdlərin və tələbələrin texniki yaradıcılığına həsr olunmuş “Texniki yaradıcılığa maraq” sərgisi keçirilib. Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, sərgi BANM-in tələbələrindən ibarət “Gənc mühəndislər” və “Badamdar” klublarının, “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvləri, BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlərin nümayəndələri, orta məktəblərin şagirdləri, BANM-in tələbələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov ali təhsil müəssisəsinin 3 illik fəaliyyəti dövründə qazandığı uğurlar, burada mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar haqqında danışıb. O, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin təcrübə ilə vəhdətinin təmin olunduğunu qeyd edib.

Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Rəsul Səmədzadə “Badamdar” klubunda öz texniki yaradıcılıq işlərindən danışıb.

“Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin sədri Polad Rüstəmov , “Badamdar” klubunun rəhbəri Elçin Abbasov çıxış ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR