90-a yaxın uşaq oğurlandı

90-a yaxın uşaq oğurlandı
11:27 23 Fevral 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Silahlı şəxslər Cənubi Sudanda 89 uşağı qaçırıblar. Uşaqların 13 yaşa qədər olduğu deyilir.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, məlumatı YUNİSEF yayıb. Oğruların hansı silahlı qruplaşmalara aid olduqları bilinmir.

Şahidlərin sözlərinə görə, silahlı şəxslər yaşayış məntəqəsinə girərək bütün evləri axtarıblar. 12 yaşa qədər olan oğlan uşaqlarını özləri ilə aparıblar.

Hüquq müdafiəçiləri dəfələrlə bildiriblər ki, Cənubi Sudanda döyüşçülər uşaqları xidmətçi və ya əsgər kimi işlədirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/326096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR