Yanvar ayında əhaliyə 615,5 milyon manatlıq pullu xidmət göstərilib

Yanvar ayında əhaliyə 615,5 milyon manatlıq pullu xidmət göstərilib
11:28 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1820,8 milyon manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 615,5 milyon manatlıq pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, 2014-cü ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9,4 faiz, pullu xidmətlərin həcmi isə 5,5 faiz art-b, ölkə sakinləri ticarət şəbəkəsindən 913,8 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı və 907 milyon manatlıq qeyri-ərzaq malları alıblar.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ötən ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 31 milyard dollar məbləğində ticarət əməliyyatları aparıblar. Əmtəə dövriyyəsinin 70,4 faizini və ya 21,8 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 29,6 faizini (9,2 milyard dollarını) isə idxal məhsulları təşkil edib, 12,6 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 90,6 faizi və ya 28,1 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 9,4 faizi (2,9 milyard dolları) MDB üzvü ölkələri ilə aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_ayinda_ehaliye_6155_milyon_manatliq_pullu_xidmet_gosterilib-834123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR