Ledi Qaqa "Oskar"da lağa qoyuldu - FOTO

Ledi Qaqa "Oskar"da lağa qoyuldu - FOTO
11:32 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

ABŞ Kinematoqrafiya Sənətləri Akademiyasının "Oskar" mükafatlarının təqdimət mərasiminə qatılmış dünyaca məşhur aktyorlar, sənətçilər, rejissorlar və müğənnilər arasında Ledi Qaqa da vardı.
 
Ekstravaqantlığı ilə həmişə seçilmiş 28 yaşlı müğənni 87-ci "Oskar" mərasiminə mətbəx geyimini xatırladan paltar geyinmişdi.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, tanınmış modelyer Azeddin Aliyanın (Azzedine Alaia) əsəri olan bu geyim sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
 
Daha doğrusu, Ledi Qaqanı lağa qoyublar, "mərasimə evdar xanım xalatında, qab yumaq üçün əlcəklərdə qatılan zövqsüz adam" adlandırıblar.
Sosial şəbəkələrdə Ledi Qaqa ilə bağlı memlərin sayı sürətlə artır.
 
5 dəfə "Grammy" mükafatı almış Ledi Qaqa "Oskar" mükafatlarının təqdimat mərasimində səhnəyə çıxaraq bir neçə məşhur mahnısını da ifa edib.
 
Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/326063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR