Kafe və dönərxanada oğurluq edən şəxslər tutulub

Kafe və dönərxanada oğurluq edən şəxslər tutulub
11:33 23 Fevral 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda kafe və dönərxanada oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 11 radələrində Azadlıq prospektində ticarət mərkəzində yerləşən kafedə paytaxt sakini Xəyalə Əliyevaya məxsus əl çantasından içərisində 60 manat, şəxsi sənədləri və bank kartı olan pul kisəsi cibgirlik yolu ilə oğurlanıb. Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Nadir Tahir oğlu Nuriyev tutulub. Şübhəli şəxsin üzərindən 1.092 qram tiryək, zərərçəkmiş X.Əliyevaya məxsus 60 manat, şəxsi sənədləri və bank kartı aşkar olunaraq götürülüb.

Fevralın 19-da saat 20 radələrində, S.Bəhlulzadə küçəsində yerləşən dönərxanadan Abşeron rayon sakini Gündüz Quliyevin 50 manat pulunu və iki ədəd mobil telefonu oğurlanıb. Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Atəş oğlu Hüseyinli tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2367069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR