Bakıda 3 ay gizlənən cinayətkar ələ keçdi

Bakıda 3 ay gizlənən cinayətkar ələ keçdi
11:34 23 Fevral 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ötən il noyabrın 25-də Suraxanı rayonunda Xəyal Əliyevə ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Fadil İdris oğlu Hacıyev tutulub. Şübhəli şəxs ətrafında aparılan istintaq, əməliyyat-axtarış tədbirləri müəyyən olunub ki, o hadisəni 1994-cü il təvəllüdlü Vüsal Şəmistan oğlu Salmanovla birlikdə törədib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə V.Salmanov da tutulub.

Bənzər hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 22-də saat 22 radələrində, Xocasən qəsəbəsində  Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Şəhriyar Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Rafiq Adil oğlu Əsədov tutulub.

 

Hər iki faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR