Əli Məsimli: "Onlar xalqın qanını sorurlar" (VİDEO)

Əli Məsimli: "Onlar xalqın qanını sorurlar" (VİDEO)
11:36 23 Fevral 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu həftə baş verənlər bir daha bizim hamımıza dünya iqtisadiyyatının ucuz neft qiymətləri dövrünə qədəm qoymasının nəticələrini nümayiş etdirdi. Azərbaycan dünyada baş verən iqtisadi böhranın təzyiqlərinə mümkün qədər müqavimət göstərməyə çalışsa da bu prosesin neqativ təsirindən hələ ki, sığortalanmaq mümkün olmadı. Mövzunu millət vəkili, həm də iqtisadçı Əli Məsimli ilə davam etdiririk.

- Əli müəllim bir gecədə manat qüvvəsini inanılmaz dərəcədə itirdi. Bundan sonra nə gözlənilir?

- Mərkəzi Bankın 16 fevral tarixində -Azərbaycanda ümumiyyətlə kəskin surətdə devalvasiyaya ehtiyac yoxdu! Azərbaycan iqtisadiyyatının göstəriciləri kəskin devalvasiya üçün əsas yaratmır verdiyi məlum bəyanatından cəmi bir neçə gün sonra bu cür addımın atılması bir iqtisadçı kimi mən də gözləmirdim. 2014-cü ilin yekunlarına həsr olunmuş müşavirəd Mərkəzi Bankın idarə heyətinin sədrinin çıxışında yalnız bir faktı xatırlamaq kifayətdir ki, Azərbaycan manatının güclü olmasını tək biz yox, beynəlxalq aləm də qəbul edir.

- Bəs nə baş verdi?

- Azərbaycan iqtisadiyyatının məntiqindən doğan addım neçə müddətdir bizim qeyd etdiyimiz yumuşaq devalvasiyadır. Məhz bir dolları 0,78 qəpik səviyəsində saxlamayıb onu yavaş-yavaş devalvasiya edib bunun hesabına neftdən kənar sahələrin iqtisadi aktivliyin artmasına – kiçik və orta sahibkarlığın inkişafına, eləcə də export potensiyalın artmasına köməyi olacaq. Ona görə də iqtidar yaxud da müxalif yönümlü olmasında asılı olmayaraq bütün iqtisadçılar birmənalı şəkildə Azərbaycan dövlətinin marağından çıxış edərək məhz yumuşaq devalvasiyanı müdafiə etdik.

- Bir manatın dollara nisbətən bu qədər ucuzlaşması sadə vətəndaşın dolanışığına necə təsir göstərəcək?

- Azərbaycan banklarında 6,4 milyon adamın 7,1 milyard manat pulu var. Onun bir hissəsi manatla, digər bir hissəsi isə dollarla saxlanılır. Mantın dollar nisbətində 33% birdən-birə devalvasiya olunması manatla olan əmanətləri yarısın, yəni 33%-nin dəyərdən saldı. Və beləliklə də həmin insanlar təqribən, aşağı-yuxarı bütölükdə 1,2 milyard itirdilər. Təbii ki, bu proseslər neftdən kənar sahələrin inkişafına kömək edə bilər. Burada bir neçə məslələr var. Birinci atılan addım mən arzulamazdım ki, eybəcər bir formada Rusiyada gedən proseslərin təkrarı olsun. İkinci məsələ isə ondan ibarətdir ki, bu addımın bütün ağırlığını əhalinin üstünə atmaq olmaz. Burda bankda, Neft Fondu da müəyyən qədər qazandı. Manat dollar nisbətindən büdcə vəsaitinin artmasına, eləcə də büdcə kəsirin azalmasına bu amil öz təsirini göstərəcək. Təklif edirm ki, - məsələn, bankda olan 7,1 milyard manatlıq vəsaitin 3,5 milyard manatı manatladırsa, o kompensasiya olunmalıdır. Onda tamamilə sakitlik olacaq və manatı dəyişməyə ehtiyac qalmayacaq. Əhali biləcək ki, onun heç bir itkisi yoxdur və nəticədə ajiataj da baş verməyəcək. Artıq rayonlarda valyuta dəllalığı start götürüb. Aidiyyəti orqanlar bunu həmişə olduğu formada, yəni özlərinə məxsusu formada yox. Ədəb-ərkanla elə etmək lazımdır ki, bu proses ziyan gətirməsin.

- Əli müəllim bu vəziyyətdən istifadə edib ərzaq məhsullarının qiymətini nə qədər qaldıra bilərlər?

- Azərbaycanda bir qrup vətənsiz var. Bu insanlar Azərbaycan xalqını qanını sorublar. O qan soranlar bu vəziyyətdən istifadə edib qiyməti qaldıracaqlar. Bu adamlar bundan suistifadə edəcəklər. Qiymətlər süni surətdə1% qalxanda Azərbaycan xalqının (170 milyon manat) cibinə girmək deməkdir. Kim onlara əsas və ixtiyar verir ki, heç nə olmadan, eyni zamanda bir manatlıq xariçdən mal gətirmədən, bir manatlıq məhsul istehsal etmədən, yalnız telefonla qiymətlər qalxsın deməklə 1% qalxmaqla 170 milyon manat Azərbaycan vətəndaşlarına ziyan vurulur. Hesab edirəm ki, bu adamlar mütəşəkkil cinayətkarlığ siyahısında qeydə alınmalı və belə addımlar olanda onlar Azərbaycan qanunlarına uyğun olaraq sərt bir şəkildə cəzaldırılmalıdır. İqtisadi İnkişaf Nazirliyi çox intensiv surətdə çalışmalıdı, monitorinqlər aparmalıdır, süni qiymət artımının qarşısın alamalıdır. Əgər qiymət artımının qarşısı alınsa, onda manatın kursunun dəyişməsi bir o qədərdə insanlara ziyan vurmayacaq. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, kiçik və orta biznesin inkişafına təsir göstərmək, manatla olan itkilərin indeksasiyası. Sözün həqiqi mənasında bir dollar 78 qəpik həddində qalmış olsaydı belə Mərkəzi Bank onsuzda bu həddi saxlaya bilməyəcəkdir. Və ilin axırına qədə yığdığı 13 milyard pulu itirəcəkdi. İtirilməyən 13 milyard dolların qənaət olunan qisminin bir hissəsini konpensasiya versin – ipotekanın şərtləri yumuşaldılmalıdır, xalq yollarının tikilməsi istiqamətində addımlar atılmalıdır.

Studiyanın qonağı millət vəkili, baş nazirin keçmiş müavini Əli Məsimli idi. Əli müəllim studiyaya gəldiyinizə görə minnətdarlığımı bildirirəm.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR