Aytən Səfərova müğənnilərə ilişdi: "Mənə elə gəlir, o elə həmin paltarda da yatır"

Aytən Səfərova müğənnilərə ilişdi: "Mənə elə gəlir, o elə həmin paltarda da yatır"
11:42 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış teleaparıcı efirlərin birində müğənnilər haqda danışıb
Milli.Az xəbər verir ki, Aytən Səfərova dostluqdan və şou-biznesdəki müğənnilərdən danışıb.

"Şou-biznesdə biri-birinə canım deyirlər, ancaq kənarda dalınca danışırlar. Bu cür hərəkətləri xoşlamıram.

Çox az dostum var, həmçinin şou-biznesdən də. Az dostlarımın arasında biri də Rəhim Rəhimlidir. Çünki həmin adam səhnədə necədirsə elə də həyatdadır, həmçinin geyimi ilə də.

Misal üçün, mənə elə gəlir ki, müğənni Elton Hüseynov gecə də kostyumla yatır. Sevda Yahyayeva yaxşı müğənnidir, ancaq mənimki onunla tutmur. Üz-üzə gələndə salamlaşırıq, ancaq o qızda şirinlik yoxdur", - Aytən deyib.

Ceyhun Ələkbərov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/326105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR