Dönərxanada cinayət törədən gənc oğlan tutuldu

Dönərxanada cinayət törədən gənc oğlan tutuldu
11:44 23 Fevral 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ticarət mərkəzində oğurluqla məşğul olan şəxs ələ keçirilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 22-də saat 11 radələrində Azadlıq prospektində ticarət mərkəzində yerləşən kafedə paytaxt sakini Xəyalə Əliyevaya məxsus əl çantasından içərisində 60 manat, şəxsi sənədləri və bank kartı olan pul kisəsini cibgirlik yolu ilə oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Nadir Tahir oğlu Nuriyev tutulub. Şübhəli şəxsin üzərindən 1.092 qram tiryək, zərərçəkmiş X.Əliyevaya məxsus 60 manat, şəxsi sənədləri və bank kartı aşkar olunaraq götürülüb.

Binəqədi rayonunda buna bənzər hadisə qeydə alınılıb. Fevralın 19-da saat 20 radələrində, S.Bəhlulzadə küçəsində yerləşən dönərxanadan, Abşeron rayon sakini Gündüz Quliyevin 50 manat pulunu və iki ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Atəş oğlu Hüseyinli tutulub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR