Axşamçağı bıçaqlanma

Axşamçağı bıçaqlanma
11:48 23 Fevral 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində, Xocasən qəsəbəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Şəhriyar Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirilib.

Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Rafiq Adil oğlu Əsədov tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2367076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR