"Oskar"ın ən seksual qadınları (FOTO)

"Oskar"ın ən seksual qadınları (FOTO)
11:51 23 Fevral 2015
349 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gecə dünyanın ən prestijli mükafatalarından olan "Oskar" öz sahiblərini tapdı. Mükafataların təqdim edilməsində demək olar ki, gözlənilməz heç nə olmadı.
Gecənin ən diqqət çəkən hissəsi isə qırmızı xalı olub.

Gözəllikləri, zərafətləri ilə heyran edən Hollivud ulduzları bir-bir qırmızı xalı üzərinə çıxıblar. Gecə uzun libaslar və parıltı göz qamaşdırıb.
ANS PRESS gecənin ən maraqlı geyimlərini təqdim edir:

Culiana Mur
"Ən yaxşı qadın" nominasiyasında mərasimə qatılan aktrisa klassikanı - Şaneli seçib. Geyim onun dərisi və saçları ilə hormoniya təşkil edib. Bu isə onun gəncləşməsinə səbəb olub.

Rozamund Payk
"Jivanşi" markasının paltarı olan bu geyim ideal olsa da sanki aktrisanı bir az kök göstərib.

Riz Uizerspun
"Tom Ford" qırmızı xalı ulduzlarını daima gözəl geyimlər ilə sevindirib. Bu geyim də çiyinlərin, sinənin bə belin gözəlliyini gözlər önünə sərir. Ancaq onun bu geyimdə necə oturduğu anlaşılmazdır.

Benedik Kamberbetç və həyat yoldaşı
Gözləri onlardan ayırmaq mümkün deyildi. Sofiyanın qırmızı geyimin yarığının harada başlayıb bitdiyi bəlli deyil. Amma bütün bunları ona bağışlamaq olar. Çünki o ilk dəfə idi ki, "Oskar" mərasimində iştirak edirdi.

Skarlet Yohanson
Yeni ana olan aktrisa yaşıl geyimi və aksesuarı ilə göz oxşayıb. "Versace" markasından olan bu geyim və aksesuarı onun "vizit kartı" hesab edilən sinəsindən diqqəti nisbətən dağıdır.

Melani Qriffit və Dakota Conson
Onlardan hansının anası, hansının qızı olduğunu seçmək mümkün deyil. Melani qara geyimi ilə heyran edib. Son zamanların ən qalmaqallı filmi olan "Bozun 50 çaları" filminin qəhrəmanı olan qızı isə sanki çəkiliş meydanından çıxıb gəlib. Geyimi çox tərxribaşçı olub - bir səhv hərəkət və sinə açıldı.

Ceniffer Eniston
"Versace"dən olan geyimlə aktrisa gənclərə belə gözəlliyi ilə meydan oxuyub. Geyim onun sinə və belini vurğulayıb. Lakin o aksesuardan istifadə etməyib. Barmağında ancaq nişanlısının verdiyi sadə üzük olub.

Emma Stoun
Əsas qadın rollardan biri kimi mükafata nominant olan aktrisa "Ellie Saab"dan geyinib. Geyimin dərin kürək dekoltesi olub. Qabaqdan olan yarıq isə aktrisanın ayaq gözəlliyini önə çıxarıb.

Ceniffer Lopez
Müğənni yaşına baxmayaraq seksual görüntü yaradıb. "Elli Saab"dan olan geyimin dəbdəbəli ətəyi gecənin ən fərqlənən paltarlarından olub. Onun üzərində demək olar ki, heç bir fərqli rəng olmayıb, hətta dodaq boyası belə...

Kira Naytli
Hamilə aktrisa qarnını "Valentino"dan olan geyimlə gizlədə bilib. Kappuçina rəngində olan geyi m güllərlə bəzədilib. Düzdür geyim adi mərasim üçün nəzərdə tutulsa da bu aktrisanın gözəlliyinə xələl gətirməyib.

Ledi Qaqa
Müğənni "Azzedine Alaïa"dan olan ağ fərqli geyimi ilə qırmızı xalıya çıxıb. O, jurnalistlərə açıqlamasında nişanlanma xəbərini təsdiqləyib. "Nişanlım isə indi evdə oturub "Oskar"ı izləyir".

Nikol Kidman
Əgər qızıl heykəli ən incə belə versəydilər qalib sözsüz ki, Kidman olardı. Gözəl aktrisa qızılı geyimi ilə çiyinlərini açıb, belini isə qırmızı lentlə vurğulayıb.






















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=42&nid=327643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR