Rusiyada iki Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən yol qəzası baş verib

11:57 23 Fevral 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 11:54 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Saratov vilayətində iki Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Moskva müxbirinin məlumatına görə, hadisə fevralın 21-də səhər saatlarında Saratov-Tambov yolunun 118-ci kilometrliyində, Malinovka kəndi yaxınlığında qeydə alınıb.

 

"Chevrolet Aveo" markalı avtomobillə "VAZ-2104" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2104"-də olan iki azərbaycanlı, "Chevrolet Aveo"-da olan 5 sərnişindən 3-ü hadisə yerində dünyalarını dəyişiblər. İki nəfər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Hadisəyə səbəb kimi dumanlı hava şəraiti və "Chevrolet Aveo"-nun azərbaycanlının idarə etdiyi "VAZ-2104" avtomobilinin yoluna çıxması olub.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR