Gəncədə Dövlət Universitetində “Əsrin faciəsi” adlı konfrans keçirilib

Gəncədə Dövlət Universitetində “Əsrin faciəsi” adlı konfrans keçirilib
11:58 23 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 23 fevral, Sabir Əliyev, AzərTAc
Gəncə Dövlət Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Əsrin faciəsi” adlı konfrans keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə iştirakçılar ali təhsil ocağının foyesində Xocalı soyqırımından bəhs edən sərgiyə baxıblar.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məruzə və çıxışlar dinlənilib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edərək soyqırımı törədiblər. Nəticədə 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.
Çıxış edənlər Xocalı soyqırımını XX əsrin ən qanlı faciələrindən biri kimi səciyyələndiriblər. Vurğulanıb ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi bu soyqırımını tanımalı, ona beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməlidir.
Sonda Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_Dovlet_Universitetinde_Asrin_faciesi_adli_konfrans_kechirilib-834127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR