İsveçdə məscidlərin yandırılmasına qarşı etiraz aksiyası keçirilib

23:32 2 Yanvar 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 23:24 ]

Bakı-APA. İsveçin paytaxtı Stokholmda mindən çox etirazçı ölkədə son zamanlar məscidlərə törədilən hücumlara qarşı təşkil olunmuş yürüşdə iştirak edib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, “Mən məscidimə toxunmayın!” şüarı səsləndirən etirazçılar İsveç parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Qeyd edək ki, ötən gün İsveçin şərqindəki Upsala şəhərində naməlum şəxslər İslam dini mərkəzin yerləşdiyi binaya “Molotov kokteyli” atıblar.

 

Bundan bir neçə gün əvvəl isə ölkədə naməlum şəxslər tərəfindən iki məscid yandırılıb.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR