Azərbaycanda qripə yoluxma ilə bağlı mövcud vəziyyət açıqlanıb

12:12 23 Fevral 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:07 ]


Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda qrip virusuna yoluxma ilə bağlı vəziyyət 10 gün öncə ilə müqayisədə stabildir.

 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, respublikanın baş infeksionisti Namiq Əliyev APA-ya açıqlamasında bildirib ki, indi ölkədə vəziyyət daha yaxşıdır.

 

Onun sözlərinə görə, 10 gün bundan öncə ölkədə qrip virusu daha çox yayılmışdı: “Hər 10 nəfərdən 5-6-sı qrip idi. Amma ölkədə qarın yağması nəticəsində mikroblar ölüb və qripə yoluxanların sayı azalıb. Hazırda qriplə bağlı vəziyyət təhlükəli deyil. Bu gün qripə yoluxma 10 gün öncə ilə müqayisədə 50%-ə kimi azalıb. Ölkədə insanlar arasında müşahidə olunan qrip mövsümü respirator virus infeksiyasıdır. Bu da qripin adi formasıdır və boğaz ağrısı, öskürmə, asqırma, hərarət, kəskin baş ağrısı ilə özünü büruzə verir”.

 

Qripdən qorunmaqla bağlı insanlara müraciət edən N.Əliyev qeyd edib ki, qrip vaxtında müalicə olunmazsa, xroniki-bronxit, ağciyərin ikitərəfli iltihabı, nadir hallarda pnevmoniya və bu kimi digər xəstəliklərə səbəb ola bilər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR