Azərbaycanda gömrük ödənişləri elektronlaşdırılıb

12:12 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:06 ]

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Artıq Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən portala əlavə olunan "Gömrük ödənişləri" elektron xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq mümkündür.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, gömrük ödənişlərini onlayn rejimdə həyata keçirmək üçün autentifikasiya tələb olunmur. Xidmətdən faydalanmaq üçün portalda "Qeydiyyatsız xidmətlər" bölməsindən Dövlət Gömrük Komitəsinin müvafiq xidmətini seçmək kifayətdir.

 

Qeyd edək ki, bununla da DGK-nın "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR