Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək
12:13 23 Fevral 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 27-də saat 11-də İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi) vətəndaşları qəbul edəcək.
Komitədən AzərTAc-a bildiriblər ki, qəbul zamanı İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 26-sı saat 11-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs Səbinə Məmmədova, əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Gomruk_Komitesinin_sedri_Imislide_vetendaslari_qebul_edecek-834133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR