Ağcabədidə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilir

Ağcabədidə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilir
12:18 23 Fevral 2015
240 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 23 fevral, AzərTAc 
Ağcabədidə fevralın 20-dən başlayan “Xocalı həftəsi” aksiyasına yüzlərlə gənc qoşulub.
AzərTAc xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, təhsil şöbəsi və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində gənc nəslə Xocalı soyqırımı haqqında dolğun məlumatlar verilir, sənədli filmlər nümayiş etdirilir, təbliğat xarakterli materiallar paylanır.
Rayonun Şərəfxanlı kənd tam orta məktəbində keçirilən növbəti tədbirdə çıxış edənlər XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı, dinc əhaliyə qarşı törədilən genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı bəhs edib, gəncləri düşmənə qarşı mübarizəyə səfərbər olmağa çağırıblar.
Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonra iştirakçılar Xocalı şəhidlərinin kənd ərazisindəki məzarlığını ziyarət ediblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_Xocali_heftesi_cherchivesinde_silsile_tedbirler_kechirilir-834136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR