Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 8 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 8 dərəcəyədək yüksələcək
12:22 23 Fevral 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:19 ]

Bakı. Könül Kamilqızı - APA. Fevralın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

 

 

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

 

Yollar buz bağlayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR