APA-nın məlumatına görə, hadisə fevralın 21-də səhər saatlarında Saratov-Tambov yolunun 118-ci kilometrliyində, Malinovka kəndi yaxınlığında qeydə alınıb.Rusiyanın Saratov vilayətində iki Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Chevrolet Aveo" markalı avtomobillə "VAZ-2104" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2104"də olan iki azərbaycanlı, "Chevrolet Aveo"da olan 5 sərnişindən 3-ü hadisə yerində dünyalarını dəyişiblər. İki nəfər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisəyə səbəb kimi dumanlı hava şəraiti və "Chevrolet Aveo"nun azərbaycanlının idarə etdiyi "VAZ-2104" avtomobilinin yoluna çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az