Bakıda sərnişin avtobusunun törətdiyi qəzada ata ölüb, oğul isə xəsarət alıb - YENİLƏNİB

12:22 23 Fevral 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:18 ]


Bakı. Fuad Cəfərov – APA. Bakıda sərnişin avtobusun törədiyi qəzada bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

 

1987-ci il təvəllüdlü  Rauf Sabir oğlu Yusifovun  idarə etdiyi “VAZ 21-07” markalı avtomobillə , 184 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

 

 Qəza zamanı “VAZ 21-07” markalı avtomobildə olan 1956-cı il təvəllüdlü sərnişin, sürücünün atası Sabir Abdulla oğlu Yusifov hadisə yerində ölüb, sürücü  isə ağır bədən xəsarətlə ilə xəstəxanaya yerləşdirilib.

 

***

10.22

 

Bakı-APA. Bakının Suraxanı rayonu ərazisində, “Daewoo” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobili toqquşub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas ediliblər. Əməliyyat saat 06:13-də başa çatıb.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR