Azərbaycanın bəzi yerlərinə 90 sm kimi qar düşüb

12:22 23 Fevral 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:17 ]

Ölkə ərazisində faktini hava açıqlanıb

Bakı. Könül Kamilqızı - APA. “Əvvəlcədən xəbər verildiyi kimi, fevralın 22-si gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, sulu qar, qar yağıb. Bəzi şərq rayonlarında intensivləşib, Lənkəran-Astara zonasında güclü olub, axşam qərb rayonlarından başlayaraq tədricən kəsib”.

 

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, şimal küləyi fevralın 22-si günün birinci yarısında güclənib.

 

Qar örtüyünün hündürlüyü Lənkəran Astra bölgəsinin ərazisində 65-90 sm, Altıağacda 40 sm, Xınalıqda 23 sm təşkil edib, digər ərazilərdə isə qar tədricə əriyib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR