Fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub

Fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub
12:23 23 Fevral 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Abu-Dabi şəhərində keçirilən “IDEX-2015” Beynəlxalq müdafiə sərgisində iştirak etmək məqsədilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti fevralın 21-22-də Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər çərçivəsində sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirilib. Həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_hallar_nazirinin_rehberlik_etdiyi_numayende_heyeti_Birlesmis_Areb_Amirliklerinde_isguzar_seferde_olub-834138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR