"O vaxtlar Əhmədlidən Tarqovıya gəlib, onun mahnılarını oxuyurdum ki, gedib satsın"

"O vaxtlar Əhmədlidən Tarqovıya gəlib, onun mahnılarını oxuyurdum ki, gedib satsın"
12:27 23 Fevral 2015
82 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xuraman Şuşalı və Rəhim Rəhimlinin küsülü olduğu ortaya çıxıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "A-dan Z-yə" verilişində danışan X.Şuşalı bunun səbəbini açıqlayıb:

"Əvvəllər münasibətimiz var idi, indi yoxdur. Bir radio verilişində haqqımda demişdi ki, ifasını bəyənmirəm. O vaxtlar Əhmədlidən Tarqovıya gəlib, onun mahnılarını oxuyurdum ki, gedib satsın. Bəyənmirdi, özümə deyərdi. Mənim də özümə görə hörmətim, sevənim var.

Efirdən niyə danışırsan? Rəhim münasibəti tapdaladı, mənim də cavabım aqressiv oldu. İndi üz-üzə gəlsək, heç bir problem olmaz. Heç kəsə kinim yoxdur. Qəlbimdə onu bağışlamışam. İlk addımı xanımın atması düz deyil".

Verilişin qonağı olan R.Rəhimli barışıq üçün ilk addımı atmayacağını bildirib:

“Hazırda fəaliyyətdə olan heç bir sənətçi ilə küsülü deyiləm. Bu sözümdə də haqlıyam. Xuraman hazırda gündəmdə deyil. Bu hadisə 2008-ci ildə olub. Xuramanı uzun illərdir tanıyıram. Radioda söhbət zamanı dedim ki, “Mahnımı Xuraman oxusa, nə olacaq, oxumasa, nə olacaq”. O da əsəbləşib açıqlamalar verdi. Mən ona zəng edib, barışıq üçün ilk addımı atmaram. Sabah hansısa məclisdə qarşılaşsaq, salam verəcəm".

Daha sonra aparıcı Zaur Nəbioğlu Xuraman Şuşalıya zəng edərək, küsülü müğənniləri efirdə barışdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/326110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR