Azərbaycanın paralimpiyaçı atletləri Dubayda bir dəst medal qazanıblar

12:28 23 Fevral 2015
47 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən paralimpiyaçılar arasında atletika üzrə VII Fazza Qran-pri turnirində Azərbaycan idmançıları bir dəst medal qazanıblar.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AzərTAc-a bildiriblər ki, uzunluğa tullanma yarışlarında bütün rəqiblərini qabaqlayan Hüseyn Həsənov turnirin qızıl medalına sahib olub.
Diskatma turnirində Samir Nəbiyev gümüş, nüvəatma yarışlarında isə Solmaz Səfərova bürünc medal qazanıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_paralimpiyachi_atletleri_Dubayda_bir_dest_medal_qazaniblar-834139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR