Dollar və avro ucuzlaşa bilər (FOTO)

Dollar və avro ucuzlaşa bilər (FOTO)
12:31 23 Fevral 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının və avro üçün müəyyən etdiyi rəsmi məzənnə bu gün dəyişə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə AMB-nin ölkədə fəaliyyət göstərən banklara təqdim etdiyi bildirişdə qeyd edilir.

Bildirişdə qeyd edilir ki, AMB-nin müəyyən etdiyi məzənnələr və bank metalları 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə qalacaq. Ancaq 23 fevral tarixindən sonrakı vəziyyət barədə hələlik bir məlumat yoxdur. İlkin ehtimala görə, dollar və avronun məzənnəsində dəyişiklik olacaq.

Qeyd edək ki, AMB İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə ölkədə dollar və avronun məzənnəsində dəyişiklik edilib. Mərkəzi Bank 1 ABŞ dollarını 1.05 AZN, avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR