"Uşaq olanda oruc tuturdum" - "Oskar"lı aktrisa

"Uşaq olanda oruc tuturdum" - "Oskar"lı aktrisa
12:36 23 Fevral 2015
72 Şou
Ölkə mətbuatı
A- A+

Los-Ancelesdə baş tutan 87-ci “Oskar” mükafatlandırma mərasimində “İkinci planda ən yaxşı qadın rolu” nominasiyası üzrə qalib olan Patrisiya Arkett maraqlı açıqlamalar verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Boyhood” (“Yeniyetməlik”) filminə görə mükafat alan Hollivud ulduzu ekran işinin 12 ilə çəkildiyini deyib:

“Bu 12 ilin heç vaxt qurtarmayacağını düşünürdüm. Amma film artıq qarşınızdadır”.

P.Arkett uşaqlıqda oruc tutduğunu, Ramazan ayının adətlərini vaxtlı-vaxtında yerinə yetirdiyini deyib:

“Atam sonradan müsəlman olmuşdu. Uşaq olarkən oruc tutdum, iftara qalxdım. Yəhudi anam buddizmi də mənimsəmişdi. Amma bizi katolik məktəbinə göndərdilər. Qısası, müxtəlif din və mədəniyyətin qovuşduğu mühitdə böyüdüm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR