Yenə zəlzələ oldu

Yenə zəlzələ oldu
12:36 23 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda daha bir zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 12:04-də Şəmkir rayonu ərazisində Gəncədən 31 km şimali-qərbdə qeydə alınıb.

Zəlzələ episentrdə 3 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub. Maqnitudası 4.3 bal olan zəlzələ yerin 9 km dərinliyində qeydə alınıb.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. Zəlzələ Xəzər dənizində bu gün saat 08:00-da qeydə alınıb. Zəlzələnin dərinliyi 54 km, maqnitudası 3,8 olub.

Zəlzələ hiss olunmayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR