Şəmkirdə texnika yaz-tarla işlərinə hazırlanır

12:38 23 Fevral 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəmkir, 23 fevral, AzərTAc
Aqrolizinq ASC-nin Şəmkir aqroservis filialı qarşıdan gələr yaz-tarla işlərinə ciddi hazırlıq işləri görür.
Bu barədə AzərTAc-a məlumat verən filialın direktoru Azər Əliyev deyib ki, hazırlıq işləri tərtib edilmiş qrafik əsasında aparılır. Texnikaların sazlanması və təmiri üçün bütün qüvvələr səfərbər olunub. Nəzərdə tutulub ki, yaz-tarla işlərində 16 ədəd şum traktoru və onun qoşquları, eləcə də 21 ədəd kombayn saz vəziyyətə gətirilsin. Kollektiv çalışır ki, bölgədə fermerlərin sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilsin.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkirde_texnika_yaz_tarla_islerine_hazirlanir-834141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR